“AYNA Life” kommunikasiya səhifəsi istifadəyə verildi
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən işəgötürən brendin formalaşdırılması, daxili kommunikasiya strategiyasının gücləndirilməsi və əməkdaşlar arasında təşkilati mədəniyyətin təşviqi məqsədilə “AYNA Life” adlı yeni kommunikasiya səhifəsi yaradılıb.
Bu barədə TodayPress-ə AYNA-dan məlumat verilib.
Məqsəd Agentliyin iş mühiti, karyera imkanları, əməkdaşların inkişafına yönələn təşəbbüslər və daxili fəaliyyət barədə ictimaiyyətə məlumat verməkdir.
“AYNA Life” səhifəsi vasitəsilə AYNA-nın insan resurslarına verdiyi önəm, təşkilat daxilindəki əməkdaşlıq ruhu və strateji hədəflərə uyğun qurulan iş mühiti nümayiş olunacaq.
Yeni vakansiyalar, əməkdaşların iştirakı ilə həyata keçirilən tədbir və layihələr, təlim proqramları, müsahibələr və digər aktual məzmunlar mütəmadi olaraq bu səhifədə paylaşılacaq.
“AYNA Life” səhifəsi yalnız Instagram və LinkedIn üzərindən fəaliyyət göstərəcək.
tag: AYNA,Life,Kommunikasiya,Səhifə,İstifdə,Todaypress.az,