Avtomobili taksi duracaqlarında saxlayanlar 40 manat cərimələnəcək
Cəmiyyət
12.06.2024 11:15
Taksi duracaqlarında taksi minik avtomobili olmayan nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına icazə verilməyəcək.
TodayPress xəbər verir ki,
bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün
keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif
edilən yeni - 346.6-cı maddədə əksini tapıb.
Layihəyə əsasən, taksi
duracaqlarında taksi minik avtomobili olmayan nəqliyyat vasitələrinin
dayanmasına və ya durmasına görə qırx manat məbləğində cərimə ediləcək.
Qeyd edilib ki, şəxs
yuxarıda nəzərdə tutulmuş inzibati xətanı törətməyə fasiləsiz davam edirsə,
həmin inzibati xətanın törədilməsinə görə gün ərzində təkrar inzibati
məsuliyyətə cəlb oluna bilməz.
tag: Taksi, Cərimə, Layihə,Milli Məclis, todaypress.az,