Avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Cəmiyyət

14.10.2024 22:33

Hava şəraiti ilə əlaqədar avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq. 

TodayPress xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, sabah bəzi rayonlarda yağıntılı və dumanlı hava şəraiti müşahidə olunacaq. Bununla əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı ehtimalı var.

tag: Avtomobil, Yol, Nəqliyyat, Yağıntı, Duman, todaypress.az,