"Avant Group" MTK ağacları kəsərək təbiətə 117 min manat ziyan vurdu
Bakının Yasamal rayonu, Şərifzadə küçəsi,
köhnə "Azon Zavod"un ərazisində ağacların kəsilməsi ilə bağlı Dövlət
Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət qurumun əməkdaşları
tərəfindən araşdırılıb.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən TodayPress-ə
verilən məlumata görə, araşdırma zamanı ağacların ərazidə tikinti işləri aparan
"Avant Group" MTK tərəfindən kəsildiyi və təbiətə 117 060 manat
məbləğində ziyan dəydiyi müəyyən olunub.
Faktla bağlı akt tərtib edilib. Təbiətə dəymiş ziyanın
məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün
toplanmış materiallar Baş Prokurorluğa göndərilməsi üçün hazırlanır.
tag: Yasamal, Bakı, Ağac, Qanunsuz, Avant Group MTK, Ekologiya, todaypress.az,