Autizmli uşaq dünyaya gətirmək riskini necə azaltmaq olar?
Cəmiyyət
24.07.2024 10:55
Hamiləlik zamanı sağlam pəhrizə riayət etmək, autizmli uşaq dünyaya gətirmə ehtimalını 22 faiz azaldır.
TodayPress xarici mediaya istinadən xəbər verir ki, 95 min qadının hamiləlik dövründəki pəhrizlərini təhlil edən elm adamları bu qənaətə gəliblər.
Mütəxəssislər tədqiqat apararkən, qadınların sağlamlıq vəziyyətinə xüsusi diqqət yetiriblər. Nəticədə çoxlu miqdarda tərəvəz, meyvə, qoz-fındıq, tam taxıllardan hazırlanmış qidalar və balıqlardan istifadə edən qadınların autizmli uşaq dünyaya gətirmək riskinin daha az olduğu müəyyən edilib.
Qeyd olunub ki, hamilə qadınlar qida rasionlarında yağların və ətin, həmçinin karbohidratlar və alkoqolsuz içkilərin miqdarını azaltmaqla bu riski daha da azalda bilərlər.
Günəş Mərd
tag: Autizm, Xəstəlik, Hamilələr, Mütəxəssislər, Qadınlar, Qida, todaypress.az,