ASCO: Afrikada saxlanılmış gəmilər bizə aid deyil
Cəmiyyət
08.01.2025 10:18
Afrika qitəsində saxlanılmış gəmilər "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) məxsus deyil.
TodayPress xəbər verir ki, bunu səhmdar cəmiyyətinin mətbuat katibi Mehman Mehdiyev bildirib.
Onun sözlərinə görə, gəmi ilə bağlı yayılan xəbərlərdə Xəzərdə üzən ASCO gəmilərinin fotolarından istifadə olunması narahatlıq yaradır:
"Dənizçilərdən və onların ailələrindən çoxsaylı narahatlıq mesajları alırıq. Yanlış məlumatlar kimi, yanlış görüntülər də onlar arasında çaşqınlıq yaradır" deyə o deyib.
Qeyd edək ki, yanvarın 7-də Azərbaycana məxsus 3 gəminin heyəti ilə birlikdə Afrikada yerləşən Eritreya dövlətinə aid sularda həbs edilildiyi iddia edilmişdi.
tag: ASCO ,Gəmi ,Afrika ,Xəzər ,todaypress.az,