“ASAN Könüllülərinin Diskussiya Platforması” layihəsi çərçivəsində görüş keçirildi
14 may 2025-ci il tarixində ASAN könüllüləri Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva ilə görüşüblər.
TodayPress xəbər verir ki, görüş “ASAN Könüllülərinin Diskussiya Platforması” layihəsi çərçivəsində baş tutub.
Əsas müzakirələr “QHT fəaliyyətində gənclərin iştirakçılığı: Yeni dövrün çağırışları və imkanlar” mövzusuna həsr olunub.
Aygün Əliyeva müvafiq sahədə gənclərin artan rolundan, təşəbbüskarlıq və sosial layihələrdə iştirakın əhəmiyyətindən danışıb.
O, müasir dövrün çağırışlarından və imkanlarından söz açıb, tövsiyələrini verib.
Görüş sual-cavab və müzakirələrlə davam edib.
Layihənin əsas məqsədi gənclərin ictimai müzakirələrdə iştirakçılığının artırılması, rəy və təkliflərin dinlənilməsidir.
Bu çərçivədə müxtəlif mövzularda təşkil olunan görüşlər gənclərin bilik və dünyagörüşünü artırmaqla yanaşı, onları maraqlandıran məsələlərin operativ müzakirəsinə imkan verir.
tag: ASAN,Xidmət,Könüllü,Görüş,Todaypress.az,




