“Arzulara qanad verək” adlı qanvermə aksiyası keçirildi

Cəmiyyət

17.04.2025 17:57

27

17 aprel 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə əməkdaşlığı ilə Respublika Qan Bankında 17 Aprel -Ümumdünya Hemofiliya Gününə həsr edilmiş #qanvermə aksiyası keçirilib.

Bu barədə TodayPress-ə Komitədən məlumat verilib.

Respublika Qan Bankının tibb işçiləri tərəfindən sağlamlıq imkanları əvvəlcədən müəyyənləşdirilən donorlardan toplanan qan ehtiyatı talassemiya, hemofiliya eləcə də leykoz xəstəliyindən əziyyət çəkənlərə dəstək məqsədi daşıyır.

Artıq ənənə halını alan bu nəcib aksiyaya dövlət qurumlarının əməkdaşları və könüllü donorlar olmaqla gün ərzində 250 nəfər qoşulub.  Aksiyada iştirak edən hər kəsə minnətdarlığımızı bildiririk.

tag: Ailə,Qadın,Uşaq,Komitə,Qanvermə,Aksiya,Todaypress.az,

photo
photo
photo
photo