Arzu Əliyeva şəhid anaları ilə birgə iftar məclisində iştirak etdi
Martın 4-də Heydər Əliyev Fondunun dəstəyi ilə müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil olunub.
TodayPress xəbər verir ki, Arzu Əliyeva iftar məclisində iştirak edib. Ölkəmizin müxtəlif rayonlarından şəhid valideynlərinin, müharibə iştirakçılarının, ictimaiyyət nümayəndələrinin dəvət olunduğu iftar mərasimində “Qurani-Kərim”dən ayələr oxunub, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olan qəhrəman Vətən oğullarının ruhuna dualar edilib.
İftar məclisində çıxış
edənlər Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin
rəhbərliyi ilə Vətən oğullarının xalqımızın və dövlətimizin firavanlığı,
əmin-amanlığı naminə qəhrəmanlıqlarından danışıblar. Çıxışlar zamanı, həmçinin
dövlətin şəhid ailələrinə, müharibə iştirakçılarına göstərdiyi diqqət və
qayğıdan məmnunluq ifadə olunub, bugünkü məclisin də bunun bariz nümunələrindən
biri olduğu vurğulanıb.
“Fire Land Group”un “Mənim
oğlum qəhrəmandır” layihəsinin Heydər Əliyev Fondunun və Mədəniyyət
Nazirliyinin dəstəyi ilə keçirilən budəfəki tədbiri 8 Mart - Beynəlxalq Qadınlar
Günü ərəfəsinə təsadüf etdiyindən şəhid analarına hədiyyələr təqdim olunub.
Daha sonra tanınmış incəsənət xadimləri də öz ifaları ilə şəhid analarını
təbrik ediblər.
Qeyd edək ki, “Mənim atam
qəhrəmandır” və “Mənim oğlum qəhrəmandır” layihələri artıq 5 ildir həyata
keçirilir. Bu layihələr çərçivəsində Azərbaycanın müxtəlif yerlərində şəhid
ailələri ilə birgə tədbirlər təşkil olunur.
tag: Arzu Əliyeva,Ramazan, Şəhid Ailələri, İftar,8 Mart, todaypress.az,