Artan yol qəzaları: Piyadalara qarşı cəzalar sərtləşdiriləcək?
Bakıda və ölkənin digər bölgələrində tez-tez baş verən yol-nəqliyyat hadisələri bir daha göstərir ki, mövcud qanunvericilikdə piyadaların və sürücülərin məsuliyyəti balanslaşdırılan şəkildə tənzimlənmir.
Nəqliyyat eksperti Eldəniz Cəfərov bu barədə TodayPress-ə danışarkən bildirib ki, bir çox hallarda qəzanın baş verməsinə piyada səbəb olsa belə, istintaq və hüquqi prosedurlar ilk növbədə sürücünün məsuliyyəti üzərində qurulur.
“Hadisənin obyektiv araşdırılmasından əvvəl sürücü “günahkar” kimi qəbul edilir və yalnız çox nadir hallarda tamamilə məsuliyyətdən azad olunur. Baxmayaraq ki, piyada keçiddən və ya piyada zolağından istifadə etmir, özünü maşının qabağına atır. Fikrimcə, mövcud qanunvericiliyə görə, piyadaların yol hərəkəti qaydalarını pozmasına görə tətbiq edilən 20 manatdan 40 manata qədər olan cərimələr yüksəldilməlidir. Bununla yanaşı daha sərt inzibati tədbirlərin tətbiqi zəruri olar”.
Qeyd edək ki, rəsmi statistikaya əsasən, yol-nəqliyyat hadisələrinin əhəmiyyətli hissəsi məhz piyadaların qayda pozuntuları ilə bağlıdır.
Türkan İsgəndərli
tag: Eldəniz Cəfərov,Ekspert,Qəza,Piyada,Todaypress.az,
