Aprelin 15-dən 28-dək “π-Puppid” meteor yağışı müşahidə olunacaq
Aprelin 15-dən 28-dək “π-Puppid” meteor yağışı müşahidə olunacaq.
Bu barədə TodayPress-ə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib.
Qeyd olunub ki, meteor yağışının maksimum fəallığı aprelin 23-nə təsadüf edəcək.
“π-Puppid” (Pi-Göyərtə) meteor yağışı 1972-ci ildə kəşf edilən “26P/Grigg-Skjellerup” kometi ilə əlaqələndirilir.
Radiantı (mənbəyi) Puppid (Göyərtə) bürcündə olduğu üçün bu adı alıb.
Bu yağış 1977 və 1982-ci illərdə fəal olub, həmin vaxt saatda təxminən 40 meteor müşahidə edilib. 1983-cü ildə isə təxminən saatda 13 meteor qeydə alınıb. Sonrakı illərdə fəallıq aşağı olub.
Lakin bu meteor yağışının fəallığı yenə də yüksək ola bilər.
Meteorların sürəti təqribən 18 km/s olacaq. “π-Puppid” meteor yağışını Bakıda təxminən axşam saat 19:30-dan 20:00-a kimi cənub-qərb istiqamətində üfüqdə müşahidə etmək mümkün olacaq.
Bu meteor yağışı əsasən Cənub yarımkürəsində müşahidə olunacaq.
tag: Meteor ,Yağış, Yer ,Kosmik,Todaypress.az,