Aprel ayının pensiyaları ödənildi

Cəmiyyət

10.04.2025 13:21

6

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə aprel ayının pensiyaları ödənilib.

Bu barədə TodayPress-ə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. 

Qeyd olunub ki, yaxın günlərdə respublikamızın digər bölgələri üzrə bu ayın pensiyaları, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da ödəniləcək.

tag: Pensiya,Ödənişlər,Aprel Ayı,Bakı,Abşeron,Sumqayıt,Todaypress.az,