Aparıcılar AzTV-ni məhkəməyə verdilər – Qurum pulları niyə ödəmir? - AÇIQLAMA
Cəmiyyət
17.06.2024 14:40
Aparıcılar
Tural Əsədov və Afaq Gəncəli “Azərbaycan Televiziya və Radio verilişləri”
QSC-ni (AzTV) məhkəməyə verib.
TodayPress xəbər
verir ki, buna səbəb onların “Düşən Pullar” layihəsində qazandıqları məbləğin
hələ də verilməməsi olub.
Belə ki, Turalla Afaqın verilişdə
udduğu 35 min manat onlara təqdim edilməyib. Onlar işlərini hüquqi çərçivədə
həll etmək qərarına gəliblər.
Qeyd edək ki, bir müddət öncə T.
Əsədov bununla bağlı “Qapqara” verilişində danışmış, o, Afaqla 35 min
udduqlarını, lakin proqramın efirə getmədiyini və pullarının verilmədiyini
demişdi.
“Bu barədə AzTV-nin mövqeyi qarşı
tərəfə istər rəsmi, istərsə də qeyri rəsmi qaydada dəfələrlə izah edilib, başa
salınıb”.
Bunu TodayPress-in sorğusuna
cavab olaraq, AzTV-nin Sosial
Media və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi və mətbuat katibi Rüfət Seyidov
deyib.
“Ortada müqavilə var və
müqavilənin şərtləri kimin haqlı, kiminsə haqsız olduğuna tam aydınlıq gətirir.
Lakin, görünür verilən cavablar dostlarımızı qane etməyib. Məhkəməyə müraciət
etmək isə hər kəsin hüququdur. Biz AzTV olaraq məsələni istənilən müstəvidə
müzakirə etməyə hazırıq. Çünki yaranmış vəziyyətdə özümüzü haqlı hesab edirik.
Qarşı tərəfə də məsləhət görərdik ki, bu mözvu ilə bağlı ucuz şou və bayağı səs-küy
yaradıb, gündəmə gəlməkdənsə, ciddi şəkildə məşğul olub, ciddi münasibət
sərgiləsinlər”.
tag: AZTV, Məhkəmə, Tural Əsədov, Afaq Gəncəli, Düşən Pullar, todaypress.az,