Anar Əliyev Ağstafada vətəndaşları qəbul etdi

Cəmiyyət

25.04.2025 14:08

6

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Ağstafa rayonunda Ağstafa və Qazax rayonlarının sakinlərini qəbul edib.

Bu barədə TodayPress-ə ƏƏSMN-dən məlumat verilib.

Qəbuldan əvvəl A.Əliyev və Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Qəbul zamanı vətəndaşlar məşğulluq, əlillik, mənzil təminatı, ünvanlı sosial yardım və s. məsələlərlə bağlı müraciət ediblər.

Müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları da olub. Hər bir müraciət fərdi qaydada araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb. 

Sorğu xarakterli müraciətlərlə bağlı qanunvericiliyə uyğun izahatlar verilib.

Vətəndaşlar müraciətləri əsasında aktiv məşğulluq proqramlarına, habelə özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyata alınıblar.

tag: ƏƏSMN,Anar Əliyev,Ağstafa,Vətəndaş,Qəbul,Todaypress.az,

photo
photo
photo
photo
photo
photo