ANAMA-nın rəhbər şəxsi işdən azad edildi

Cəmiyyət

13.05.2025 21:40

13

ANAMA-nın rəhbər şəxsi işdən azad edilib.

TodayPress xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov qərar verib.

Qərara görə, Agentliyin Ağdam rayonunun Sarıcalı kəndində yerləşən mobil bazasının direktoru Əhmədov Ələsgər Həmzə oğlu kollektivdə nalayiq hərəkətlərə yol verdiyi üçün vəzifəsindən azad olunub.

tag: ANAMA, Vüqar Süleymanov, Sədr, Ağdam, todaypress.az,