Ambulator dərman vasitələrinin təminatına 40 milyon manat ayrılacaq? - AÇIQLAMA
Cəmiyyət
17.12.2024 11:33
"Ambulator dərman vasitələrinin təminatına 2025-ci ilin 6 ayı üzrə 40 milyon manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulub".
TodayPress xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevin mətbuat konfransında bildirib.
"Məlumat üçün bildirim ki, “Tibbi sığorta haqqında” qanun Milli Məclisdə 3-cü oxunuşdan keçib. Qanunun tələbindən irəli gələn tapşırıqların icra edilməsinə, mexanizmlərin yaradılmasına yarım ilə yaxın vaxt tələb olunur. Bu o deməkdir ki, ambulatorda dərman təminatına ilin 2-ci yarısı başlanılacaqdır" deyə o, əlavə edib.
Günəş Mərd
tag: Dərman, Milyon, Ambulator, Təminat, todaypress.az,