Alatavadakı özbaşınalıq ölkə iqtisadiyyatına necə təsir edəcək? – EKSPERT RƏYİ

Cəmiyyət

28.03.2025 13:25

1642

“Sakinlər evdə olduğu halda evlərinin dağıdılması təkcə insanlıq və hüquq problemi deyil, həm də ölkə iqtisadiyyatına qarşı məqsədli cinayətdir”.

TodayPress xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib. 

Onun sözlərinə görə, belə hadisələr iqtisadiyyata milyardlarla dollar ziyan vurur və dövlətin uzun illər apardığı iqtisadi siyasətin effektini ciddi şəkildə azaldır:

“Bu cür qanunsuzluqlar həm yerli, həm də xarici investorları ölkəyə etibar etməkdən çəkindirir, investisiyaların axınına mənfi təsir göstərir”.

Ekspertin fikrincə, mülkiyyət toxunulmazlığını kobud şəkildə pozan və bu cür özbaşınalığa yol verən şəxslər daha ağır maddələrlə məsuliyyətə cəlb olunmalıdırlar.

Qeyd edək ki, Yasamal rayonu, Alatava qəsəbəsində tikinti işi aparan şirkət sakinlər evdə olduğu halda tikilinin bir hissəsini söküb. Evi sökən “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov saxlanılıb.     

Türkan İsgəndərli

tag: Eldəniz Əmirov,Ekspert,Alatava,Bina,Uçqun,Todaypress.az,

photo