"AL Market" bəzi filiallarını bağladı – Şirkətdən rəsmi AÇIQLAMA

Cəmiyyət

08.05.2025 10:25

88

Azərbaycanın aparıcı endirim mağazalar şəbəkələrindən biri olan "AL Market" bir sıra filiallarını bağlayıb. Yayılan xəbərlərə görə, bu proses həm paytaxt Bakı, həm də ölkənin müxtəlif bölgələrində həyata keçirilib. 

TodayPress xəbər verir ki, "AL Market" bağlanan filiallarla bağlı yayılan məlumatları təsdiqləyib və bunun müasir tələblərə cavab verməyən mağazaların fəaliyyətinin dayandırılması ilə əlaqədar olduğunu bildirib. 

"Xidmət keyfiyyətini artırmaq üçün yenilənməyə davam edirik. Azərbaycanın aparıcı endirim mağazalar şəbəkəsi olaraq, beynəlxalq standartlara uyğun alış-veriş mühiti yaratmaq məqsədilə genişmiqyaslı yenidənqurma prosesinə start vermişik. Eyni zamanda daha funksional və rahat mağazaların açılışları da həyata keçirilir".  Şirkətdən verilən məlumata görə, bağlanan filiallarda çalışan əməkdaşların hər biri ilə fərdi görüşlər keçirilib və alternativ iş yerləri təklif olunub. Artıq 250-dən çox əməkdaş yeni işlə təmin olunub. 

Qeyd edək ki, şirkət son iki ayda 10 yeni filial açıb və 2025-ci ilin sonunadək 200 yeni mağazanın istifadəyə verilməsi planlaşdırılır. 

Türkan İsgəndərli

tag: AL Market,Filial,Şirkət,Açıqlama,Todaypress.az,