Aktaudakı Baş konsulluq: "Bəzi meyitlər tanınmaz haldadır"
Cəmiyyət
26.12.2024 13:14
"Təəssüf ki, təyyarə qəzasında ölənlərin meyitləri tanınmaz haldadır".
TodayPress xəbər verir ki, bunu Azərbaycanın Aktau şəhərindəki Baş konsulu Ayxan Süleymanlı deyib.
Qəza ilə bağlı istintaqın aparıldığını bildirən Baş konsulun sözlərinə görə, şəxsiyyəti müəyyən edilənlərin cənazələri Vətənə göndəriləcək.
Ayxan Süleymanlı vurğulayıb ki, Azərbaycan Səhiyyə Nazirliyi və Baş Prokurorluğundan ibarət heyət xəstəxanada olan xəstələrlə maraqlanırlar:
"Eyni zamanda, DNT analizlərinə də ehtiyac olacaq. Tanınmaz vəziyyətdə olanları araşdırmaq üçün müəyyən tibbi fəaliyyətlər həyata keçiriləcək".
tag: Aktau, AZAL, Baş Konsulluq ,Meyit ,Tanınmaz ,todaypress.az,