AİB-in direktoru: “Məqsədimiz regionlarda start-up ekosistemini inkişaf etdirməkdir”
Cəmiyyət
30.10.2024 17:40
“4 ildir ki, biz bu layihəni həyata keçiririk. Əsas məqsədimiz regionlarda start-up ekosistemini inkişaf etdirməkdir”.
TodayPress xəbər verir ki, bunu Asiya İnkişaf Bankı (AİB) Azərbaycanın ölkə üzrə direktoru Sunniya Durrani-Jamal "Green Hackathon 2024" layihəsinin yekun tədbiri zamanı jurnalistlərə verdiyi açıqlamada deyib.
Onun sözlərinə görə, layihə Koreya dövləti və AİB tərəfindən maliyyələşdirilir.
“4 il ərzində həm universitetlərə xarici ekspertlər gətirdik, həm də beynəlxalq universitetlərlə əməkdaşlıq layihələri həyata keçirdik. Biz tələbələrə yaşıl iqtisadiyyatın inkişafı üçün edə biləcəyimiz bəzi həllər haqqında fikirlər verdik. Ümid edirik ki, 2025-2029-cu illər üçün inkişaf etdirdiyimiz yeni tərəfdaşlıq strategiyamız çərçivəsində əməkdaşlığımızı davam etdirəcəyik” deyə o, nitqini yekunlaşdırıb.
Töhfə Səməd
tag: Durrani-Jamal, Koreya, AİB, Layihə, İqtisadiyyat, todaypress.az,