Ağdamın Kəngərli kəndində yeni fərdi evlər

Cəmiyyət

15.05.2025 16:55

22

Birinci mərhələ üzrə Kəngərli kəndinə 1279 nəfərin köçürülməsi planlaşdırılır.

TodayPress xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, artıq 292 fərdi ev inşa olunub.

"Evlər iki, üç, dörd və beşotaqlıdır. Məskunlaşdırılacaq əhalinin gələcək sayı nəzərə alınaraq, kəndin salınmasının birinci mərhələsi üçün 72,5 hektar torpaq sahəsi ayrılıb" deyə diqqətə çatdırılıb.

Töhfə Səməd

tag: Kəngərli ,Evlər ,Məskunlaşma,todaypress.az,