ADY Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin etdi

Cəmiyyət

13.05.2025 14:59

14

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) qarşıdan gələn Qurban bayramı ilə əlaqədar Bakıdan Qəbələyə əlavə reyslər təyin edib.

TodayPress xəbər verir ki, qarşıdan gələn Qurban bayramı günlərini Qəbələdə keçirərək unudulmaz xatirələrinizə yenilərini əlavə edə bilərsiniz.

6, 7, 8 və 9 iyun tarixləri üçün biletlər artıq satışdadır.

Biletləri www.ady.az saytından, “ADY Mobile” tətbiqindən və ya kassalardan əldə edə bilərsiniz.

tag: ADY,Cədvəl,Qrafik,Sərnişin,Todaypress.az,