Abşeronda bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq
Aprelin 8-də Abşeron rayonu, Novxanı
ərazisinin qaz təchizatında fasilə yaranacaq.
Bu barədə TodayPress Azərbaycan Dövlət
Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.
Bildirilib ki, Mehdiabad qəsəbəsində yeni çəkilmiş qaz
xəttinin ümumi kollektora qoşulması ilə əlaqədar sabah saat 10:00-dan etibarən
işlər yekunlaşanadək qaz təchizatı “Abşeron” ölçü qovşağından dayandırılacaq.
"Qaz təchizatı dayandırılan müddətdə Novxanı
ərazisinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq" məlumatda deyilir.
tag: Novxanı, Qaz, Fasilə, SOCAR, Abşeron, todaypress.az,