ABŞ konqresmeninin göstərişi ilə azərbaycanlılar şiddətə məruz qaldı - BƏYANAT

Cəmiyyət

16.11.2024 22:54

Bir qrup Azərbaycan vətəndaş cəmiyyətinin təmsilçisi ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qalması, xəsarətlər  alması barədə birgə bəyanat yayıb. 

TodayPress bəyanatı təqdim edir:

“Biz – bir qrup Azərbaycan QHT təmsilçiləri Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarına müraciət edərək Bakıya gəlmiş ABŞ konqresmeni Frank Peloninin göstərişi ilə onun mühafizəçiləri tərəfindən zorakılığa, şiddətə məruz qaldığımızı bəyan edirik. 

İslamafob, türkofob, maliyyə fırıldaqçısı, korrupsioner ABŞ konqresmeni Frank Peloni Azərbaycan xalqına nifrət edən şəxsdir, onun bütün fəaliyyəti Azərbaycana qarşı iftiralar üzərində qurulub. O, ABŞ-da erməni lobbisinin maraqlarını müdafiə edir, dəfələrlə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmətsizlik edib. Biz təəssüf edirik ki, BMT belə bir şəxsi COP29-a dəvət edib. 

Biz onun Azərbaycana səfərinə etiraz edirik. Onun qaldığı otelin qarşısında dinc etiraz aksiyası keçirirək Azərbaycan xalqından üzr istəməsini tələb etmişik. O, müharibə cinayətkarına himayəçilik edən şəxsdir. Qarabağda işğal dövründə təbiət məhv edilib, ərazi ekoloji böhran vəziyyətinə düşüb. Belə bir şəxsin dünyada iqlim dəyişmələrinə həsr olunmuş qlobal ekoloji tədbirə BMT tərəfindən dəvət edilməsi COP tarixinə utancverici hadisə kimi düşəcək. Keçirdiyimiz aksiya zamanı Frank Peloni mühafizəçilərinə bizə hücum etmək tapşırığı verib, özü isə suallarımıza cavab verməyib.

Dinc aksiya zamanı Frank Peloninin mühafizəçiləri bizlərə çoxsaylı xəsarətlər yetirib. Bədənimizin müxtəlif yerlərindən müxtəlif dərəcəli zədələr almışıq. 
Bizim həyatımızı yerli hüquq mühafizə orqanları xilas edə bildi. Aksiyanın foto və videoları ictimailəşib. Biz həmin görüntülərin araşdırılmasını, Frank Peloninin mühafizəçiləri, Azərbaycan sərhədlərini işğal dövründə dəfələrlə qanunsuz keçmiş sərhəd pozucusu Frank Peloni barəsində hüquqi tədbirlər görülməsini tələb edirik.

Frank Peloni Azərbaycanda ədalət mühakiməsinə cəlb olunmalıdır.

Biz hüquq mühafizə orqanlarına məruz qaldığımız şiddət və xəsarətlər barədə rəsmi ərizə ilə müraciət edəcəyik”. 

İmza:
Könül Behdudova – “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin sədri
Xatirə Vəliyeva – “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri
Naibə Behdudova – “Qürur” Şəhid Ailələri Xeyriyyə İctimai Birliyinin sədri

 

tag: Bəyanat, QHT, Azərbaycan, ABŞ,Bakı, Frank Peloni, todaypress.az,