8 avtobus marşrutunun hərəkət sxemi bərpa olundu
Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən körpüdə aparılan təmir-tikinti işləri başa çatıb və nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.
TodayPress xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.
Söküntü və təmir işləri ilə əlaqədar hərəkət sxemi müvəqqəti dəyişdirilən 16/19, 17, 18, 27, 505, 521, 522 və 523 nömrəli marşrutların fəaliyyəti əvvəlki sxem üzrə bərpa edilib.
tag: AYNA,Avtobus,Sxem,Bərpa,Todaypress.az,