71 nəfərin zəhərləndiyi məktəbdə yaranmış problem aradan qaldırıldı

Cəmiyyət

21.12.2024 05:45

Tovuzda 71 nəfərin zəhərləndiyi məktəbdə yaranmış problem aradan qaldırılıb.

TodayPress xəbər verir ki, Tovuz rayonu Aşağı Quşçu kəndi 1 nömrəli tam orta ümumtəhsil məktəbində tədris prosesi bərpa olunub.

Ötən gün sobalara baxış keçirilib, problem aradan qaldırılıb və istilik təmin olunub.

Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri səlahiyyətlərini icra edən, müdir müavini Anar Məcidov təhsil müəssisəsində olub davamiyyət və tədris prosesi ilə maraqlanıb.

"Hazırda təhsil sektorunun əməkdaşları da məktəbdədir. Vəziyyət nəzarətdə saxlanılır" deyə Qazax-Tovuz Regional Təhsil İdarəsindən bildirilib.

Qeyd edək ki, ötən gün adı çəkilən məktəbdə yanacaq sobasından yaranmış tüstü səbəbdən 71 nəfər zəhərlənib. Onların içərisində 6 nəfər müəllim və məktəb çalışanları, digərləri şagirdlər olub.

 

tag: Tovuz, Zəhərlənmə, Quşçu, Qazax,Təhsil, todaypress.az,