5 mindən çox taksi sürücüsü işdən çıxarıldı
Cəmiyyət
10.10.2024 04:11
AYNA
tərəfindən mütəmadi olaraq taksi sifarişi operatorları ilə görüşlər keçirilir.
TodayPress xəbər verir ki,
bunu AYNA-nın İdarə Heyətinin sədri Anar Rzayev bildirib.
“Neqativ halların
qarşısını almaq üçün onlara proqram təminatının verdiyi üstünlüklərdən istifadə
edərək preventiv tədbirlərin görülməsi tapşırılıb. Məsələ AYNA tərəfindən
nəzarətdə saxlanılır. Eyni zamanda, sərnişinlər taksi sahəsində qarşılaşdıqları
müxtəlif problemlərlə bağlı AYNA-nın 141 - Çağrı mərkəzi və ya sosial şəbəkə
hesabları üzərindən müraciət edə bilərlər. Qaydalara riayət etməyən 5000-dən
çox sürücü daşımalardan kənarlaşdırılıb” deyə sədr qeyd edib.
tag: AYNA, Taksi, Anar Rzayev, Çağrı,