42 saylı Sumqayıt birinci seçki dairəsi üzrə 259 nəfər ilk dəfə səs verəcək
Cəmiyyət
15.01.2025 00:05
Yanvarın 29-da keçiriləcək bələdiyyə
seçkilərində 42 saylı Sumqayıt birinci seçki dairəsi üzrə 259 nəfər ilk dəfə
səs verəcək.
TodayPress xəbər verir ki, bu barədə dairə seçki
komissiyasının sədri Təravət Rəsulova məlumat verib.
O həmçinin qeyd edib ki, Sumqayıt birinci seçki dairəsi
üzrə 48 011 nəfər seçici və 289 müşahidəçi qeydiyyata alınıb. 41 daimi məntəqə
lazımi avadanlıq və inevntarlarla təmin olunub.
Bununla yanaşı, seçici siyahılarının dəqiqləşdirilməsi
başa çatıb.
tag: Sumqayıt, Bələdiyyə, Təravət, Məntəqə, Seçki, MSK, todaaypress.az,