36 mindən çox şəxsə əlillik təyin olundu

Cəmiyyət

12.10.2024 11:54

Bu ilin yanvar-sentyabr ayları ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 36,4 min şəxsə əlillik təyin edilib. 

Bu barədə TodayPress-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.  

Bildirilib ki, onlardan 18,3 mininə ilkin, 18,1 mininə təkrar əlillik təyinatı aparılıb.  Əlillik təyinatından sonra e-sistem üzərindən həmin şəxslərə əlilliyə görə proaktiv qaydada sosial ödənişlər (pensiya, müavinət, təqaüd) təyin olunub.

tag: Əlillik,ƏƏSMF,Sosial ödəniş,Pensiya,Todaypress.az,