32 ildən sonra Şuşada ilk körpə dünyaya gəldi - FOTO
Cəmiyyət
20.10.2024 12:00
İşğaldan azad edildikdən sonra Şuşa şəhərində qurulan Modul Tipli Xəstəxanada ilk körpə dünyaya gəlib.
Bu barədə TodayPress-ə TƏBİB-dən məlumat verilib.
Şuşa sakini, 1990-ci il təvəllüdlü Təranə Xamıyevanın dünyaya gətirdiyi ilk körpəsi qız övladıdır.
Doğulan körpənin çəkisi 3,200 qr., boyu 54 sm. olub. Doğuş həkim-mama-ginekoloq Təranə Həsənova tərəfindən uğurla icra olunub.
Hazırda anaya və körpəyə zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir, vəziyyətləri qənaətbəxşdir.
Qeyd edək ki, tibb müəssisəsinin həkimləri tərəfindən T. Xamıyevanın hamiləlik müddətində zəruri müayinələri aparılıb və onun vəziyyəti daimi diqqətdə saxlanılıb.
tag: Şuşa,Körpə,Doğuş,TƏBİB,Todaypress.az,