31 dərəcə isti olacaq - SABAHIN HAVASI

Cəmiyyət

09.05.2025 12:26

13

Mayın 10-a gözlənilən hava proqnozu açıqlanıb. 

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən TodayPress-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. 

Havanın temperaturu gecə 15-18° isti, gündüz 25-29° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-55 % olacaq.

Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə qısamüddətli lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 14-19° isti, gündüz 26-31° isti, dağlarda gecə 5-10° isti, gündüz 17-22° isti olacaq.

tag: Hava, Temperatur, İsti, Yağmursuz, Azərbaycan, Mülayim, todaypress.az,