30 yeni vaqon istifadəyə veriləcək
“Bu il 30 yeni vaqon istifadəyə veriləcək”.
TodayPress xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin sədrinin müşaviri Emil Əhmədov deyib.
Onun sözlərinə görə, 10 yeni stansiyanın tikilməsi qatar sayının artırılmasını vacib edəcək.
“Bu səbəbdən 5 il ərzində 300-dək yeni vaqonun alınması üçün hazırda monitorinqlər aparılır. Əlavə edim ki, bununla vaqonlara texniki xidmət imkanlarının genişləndirilməsi də zəruri olacaq. Buna görə də “Xocəsən” deposunda inşaat işlərinin ikinci mərhələsinin başlayacaq”.
Töhfə Səməd
tag: Vaqon,Metro,Xocasən,Stansiya,Todaypress.az,