30 dərəcə isti olacaq - SABAHIN HAVASI

Cəmiyyət

08.05.2025 12:27

16

Bakıda və Abşeron yarımadasında mayın 9-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Bu barədə TodayPress-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. 

Bildirilib ki, gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim şimal-qərb küləyi axşam cənub-qərb küləyi ilə əvəz olunacaq. 

Havanın temperaturu gecə 16-19° isti, gündüz 23-28° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 55-60 % olacaq. 

Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə qısamüddətli lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.

Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.  Havanın temperaturu gecə 15-19° isti, gündüz 25-30° isti, dağlarda gecə 7-12° isti, gündüz 15-20° isti, bəzi yerlərdə 25° isti olacaq.

tag: Hava, Temperatur, İsti, Yağmursuz, Azərbaycan, Mülayim, todaypress.az,