24 dərəcə isti olacaq - SABAHIN HAVASI

Cəmiyyət

02.05.2025 13:08

14

Mayın 3-də gözlənilən hava proqnozu açıqlanıb.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən TodayPress-ə verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.

3-dən 4-nə keçən gecə isə yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.

Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 12-15° isti, gündüz 17-22° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 70-80 %, gündüz 55-65 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.

Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu gecə 9-13° isti, gündüz 19-24° isti, dağlarda gecə 2-7° isti, gündüz 7-12° isti olacaq.

tag: Hava, Temperatur, İsti, Yağmursuz, Azərbaycan, Mülayim, todaypress.az,