2025-ci ilin ilk 4 ayında yük daşımaları 3 % artıb

Cəmiyyət

15.05.2025 13:06

26

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 76,1 milyon ton yük daşınıb. 

TodayPress Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,3 milyon ton və ya 3 % çoxdur. 

Hesabat dövründə nəqliyyatçılar 659,6 milyon sərnişinə xidmət göstəriblər.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 35,7 milyon sərnişin və ya 5,7 % çoxdur. 

Bu ilin 4 ayında qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 4,4 % artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 78,4 % təşkil edib.

tag: Yük Daşıma,Artım,Azərbaycan,Sektor,Todaypress.az,