2025-ci ilin ən şanslı bürcləri: Göydən “pul yağacaq”

Cəmiyyət

03.01.2025 13:36

Tanınmış astroloq Səbuhi Rəhimli 2025-ci ilin ən şanslı bürclərini TodayPress-ə açıqlayıb.    

O, əvvəlcə qeyd edib ki, İlan ili insanlardan əsasən üç şey tələb edir: məsuliyyətli olmaq, bacardığı işlə məşğul olmaq və qurduqları planları öncədən açıqlamamaq. Bu üç kriteriyaya riayət edən insanlar bürcündən asılı olmayaraq 2025-də uğur qazanacaqlar: 

“Bu üç tələbi yerinə yetirən insan İlan ilindən minimum itki və maksimum gəlirlə çıxacaq. Amma bu bir az da ilin planetinə nəzərən hesablanır. İlan ilinin aparıcı planeti Merkuridir. Merkurinin himayəsində də Əkizlər və Qız bürcü var. İlin qəhrəman bürcləri bu iki bürcdür. Əkizlər bürcü hava, qız bürcü torpaq ünsürüdür. Hava və torpaq ünsürləri bu il bir addım öndə olacaqlar. Həm də o dediyim kriteriyalara riayət etsələr, uğurlu bir zaman yaşayacaqlar. Hava ünsürlü bürclər Əkizlər, Tərəzi və Sutökəndir. Torpaq ünsürlü bürclər isə Buğa, Qız və Oğlaqdır. Bu bürclər digərlərindən bir addım öndə olacaqlar”.  

Astroloq, eyni zamanda İlan ilində daha çox uğur qazanacaq peşə sahiblərindən də söz açıb: 

“İlan ili su və yeraltı işlərdə işləyənlər üçün uğurlu olacaq. Məsələn, su nəqliyyatı, balıqçılıq, gəmiçiliklə məşğul olanlar, metro tunellərində çalışanlar, şaxtaçılar üçün çox uğurlu olacaq. Onu da qeyd edim ki, kollektiv şəkildə fəaliyyət göstərənlər üçün bu il düşərli olacaq. Tənhalığa çəkilmək olmaz. İlan ili daha çox birgə əməyi sevir”.

Günəş Mərd

tag: Bürc ,Astrologiya ,Səbuhi Rəhimli ,Əkizlər, todaypress.az,

photo