2025-ci ildə bizi nələr gözləyir? - Astroloqdan SENSASİON PROQNOZLAR
Cəmiyyət
27.12.2024 15:30
Tanınmış astroloq Səbuhi Rəhimli 2025-ci illə bağlı proqnozlarını TodayPress-ə açıqlayıb.
Astroloq əvvəlcə ilin başlanğıc tarixinə diqqət çəkib. Onun sözlərinə görə, bəzən yanlışlıqla ilin yanvar ayının 1-də başladığını hesab etsələr də, bu belə deyil. Həmin tarixdə yanlız Miladi təqvim dəyişir:
“Bəzən köhnə ilin Novruz bayramı ərəfəsinə martın 21-nə qədər davam etdiyini də düşünürlər. O da yanlışdır. Çünki zərduşlik təqvimində elədir. Bunlar hamısı planetar quruluşa görə fərqli-fərqli təqvimlərdir. Çin qoroskopundan danışırıqsa, Çin qoroskopu dolça bürcü ərəfəsində təzə ay doğanda başlayır. Bu da bu il 2025-ci il yanvarın 29-na düşəcək. Artıq bu tarixdə Bakı vaxtı ilə saat 16:35-də Yupiter öz dayanıqlıq nöqtəsinə gələcək və İlan ili həmin tarixdən başlayacaq. 2026-cı il fevral ayının 16-da isə il bitəcək”.
Astroloq bildirib ki, İlan ili adətən sabit, sülhlə dolu bir il olur:
“Hətta belə bir deyim var ki, əjdahanın qaladığı odu, ocaqları ilan söndürür. İlin birinci yarısında odların söndürülməsinə başlanılır, ikinci yarısında isə sabitlik yaranır. Adətən astroloqlar hansısa bir ilin xaraketristikasını təyin etmək üçün tarixi xronologiyaya müraciət edirlər. Mən də ənənəmə uyğun olaraq 5-ci əsrdən bu günə qədər olan İlan illərində baş verən hadisələrə baxıb araşdırmışam. Elə illər var ki, zəlzələ ilə zəngindir. Məsələn, Pişik illərində dəhşətli zəlzələlər olub. Onlardan biri də Çində bir milyona yaxın insanın ölümünə səbə olmuşdu. Hətta Azərbaycanda baş verən son iki zəlzələ - Bakıda və Zaqatalada baş verən zəlzələlər məhz Pişik illərinə təsadüf edib. Belə bir təsəvvür yaranıb ki, məhz Pişik, Dovşan illərində daha çox zəlzələ olur. Pələng illərini də müharibə illəri adlandırırlar. Hətta hazırda davam edən Rusiya-Ukrayna müharibəsi məhz pələng ilində baş verib”.
Səbuhi Rəhimli İlan ilinin mənfi tərəflərinə də toxunub:
“Xoşagəlməz hal odur ki, ilan ilində adətən bolluq olmur. Qıtlıq, bahalaşma, iqtisadi böhranlar baş verir. Bir də digər illərlə müqayisədə boşanmaların sayı artır. Çünki iqtisadi səbəblərdən ailədaxili problemlər yaranır. Amma digər məsələlərdə o qədər də neqativ gözləntilər yoxdur. Ümumlikdə, İlan ili Əjdaha ili ilə müqayisədə sabit ildir”.
Astroloq hesab edir ki, 2025-ci il 2024-cü ildən daha sabit keçəcək. Son 10 ildə ən məmnun qalacağımız il qarşıdan gələn İlan ili olacaq.
Günəş Mərd
tag: Astroloq, Proqnoz ,Qoroskop, Zəlzələ, Səbuhi Rəhimli, todaypress.az,
![photo](/uploads/news/676e891cf346c.jpg)