2025-ci il üçün yaşayış minimumunun miqdarı açıqlandı

Cəmiyyət

27.11.2024 19:08

2025-ci il üçün yaşayış minimumu haqqında qanun layihəsi Milli Məclisdə birinci oxunuşda təsdiqlənib.

TodayPress xəbər verir ki, qanun layihəsi Milli Məclisin noyabrın 27-də keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Qanun layihəsinə əsasən, 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilib.

tag: Minimum,Milli Məclis,Qərar,Yaşayış,Sosial,todaypress.az,