20 Yanvar faciəsi ilə bağlı hazırlıq işləri davam edir - FOTOLAR
Cəmiyyət
17.01.2025 19:37
Bakıda, Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı hazırlıq işləri davam edir.
TodayPress xəbər verir ki, xiyabanın girəcəyində Hüzn günü ilə bağlı müxtəlif rəngli güllərdən ibarət kompozisiyalar yaradılır.
Bu işlərə təcrübəli mütəxəssislər, landşaft-dizaynerləri cəlb olunub.
Hazırlıq işlərinin yanvarın 19-dək başa çatdırılması planlaşdırılır.
Hazırlıq işlərindən fotoları təqdim edirik.
tag: 20Yanvar,Faciə,Bakı,Şəhidlər xiyabanı,Hazırlıq,Todaypress.az,