184 nömrəli marşrut yeniləndi

Cəmiyyət

28.02.2025 13:13

1249

184 nömrəli avtobus marşrutu üzrə müsabiqə keçirilib və hüquqi şəxs “General Auto Company” qalib gəlib. 

TodayPress xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat verib. 

Bildirilib ki, martın 1-dən 184 nömrəli müntəzəm marşrut avtobusları Yeni Suraxanı qəsəbəsinin Dəmiryol stansiyasından başlamaqla yeni sxem üzrə fəaliyyət göstərəcək. Məqsəd vətəndaşların Yeni Suraxanı qəsəbəsindən “Koroğlu” və “Ulduz” metrostansiyaları istiqamətində gedişlərini asanlaşdırmaqdır.     

Sərnişinlərin daşınması 13 müasir və komfortlu avtobusla yerinə yetiriləcək. Marşrut üzrə gediş haqqı 0.50 AZN təşkil edir və ödənişlər nağdsız qaydada həyata keçiriləcək.   Qeyd edək ki, marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir.

Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmət keyfiyyətinin və əlçatanlığın artırılması, təhlükəsizliyin və marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.

tag: Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi,General Auto Company,Koroğlu,Ulduz,Todaypress.az,