160 ədəd yeni elektrikli avtobus hansı xəttə buraxılacaq? - Cavabsız qalan sual

Cəmiyyət

19.07.2024 16:52

“Hələ ki, 160 avtobusun alınması nəzərdə tutulub”. 

Bunu TodayPress-in sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Amma agentlik, “nəqliyyat vasitələri hansı ölkədən və necəyə alınacaq?, qiymət tarifi nə qədər olacaq?, avtobuslar hansı xətlər üzrə nə vaxtdan işə düşəcək?” suallarını cavablandırmaqdan imtina edib. 

Bundan əlavə AYNA-dan qeyd olunub ki, Bərdə-Xankəndi və Bakı-Laçın marşrutları müsabiqəyə çıxarılıb, onların qalibləri tezliklə elan ediləcək. Qaliblər müəyyən edildikdən sonra qiymət və digər məlumatlar mətbuata açıqlanacaq. Agentlikdən verilən məlumata görə, müsabiqə davam etdiyi üçün avtobusun sərnişin tutumu, onun hərəkət qrafiki, biletin qiyməti və s. kimi məsələlər hələ ki, müəyyən edilməyib. 

Töhfə Səməd

tag: Avtobus, Elektrik Xetti, Hərəkət, Agentlik, Məlumat, todaypress.az,