148,9 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olundu

Cəmiyyət

13.05.2025 13:41

13

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi bu ilin yanvar-aprel aylarında 148 881 şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə edib.

Bu barədə TodayPress-ə Agentlikdən məlumat verilib.

Onlardan 44,1 min şəxs münasib işlərlə təmin olunub, 5,4 min şəxs isə kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb edilib. 

Qeyd olunan dövrdə Agentlik tərəfindən 2,8 min işsiz şəxs üçün isə peşə hazırlığı kursları təşkil olunub, 96,6 min şəxsə peşəyönümlü xidmətlər göstərilib.

tag: Dövlət,Məşğulluq,ƏƏSMN,Əhali,Todaypress.az,